Apr
2021
12:12
29
237
6509
Virtual karabakh

COVID-19-a qarşı peyvənd olunan vətəndaşlara SMS-icazə tətbiq ediləcəkmi? – EKSKLÜZİV AÇIQLAMA

6 Apr, 2021
12:12
6509

COVID-19-a qarşı peyvənd olunan vətəndaşlara SMS-icazə tətbiq ediləcəkmi? – EKSKLÜZİV AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19-a qarşı peyvənd olunan Azərbaycan vətəndaşları, ölkədəki karantin rejiminin sərtləşdirilməsi halında müəyyən imtiyazlar əldə edəcəklər.

Bu barədə Caliber.Az-a ölkənin tibb dairələrindəki mənbələrdən məlumat verilib.

Xüsusilə, SMS-icazə ölkə ərazisində yenidən aktivləşdirilirsə, bu qadağa COVID-19-a qarşı peyvənd olunan vətəndaşlara şamil edilməyəcək.

Peyvənd olunanlara beynəlxalq uçuşlar zamanı səyahət edərkən müəyyən imtiyazlar da veriləcək.

Bundan əlavə, yalnız peyvənd olunan şəxslər kafe və restoranları ziyarət edə biləcək. Digərləri isə bu imkandan məhrum olacaqlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının verdiyi məlumata görə, respublika ərazisində ümumilikdə 947 947 doza COVID-19 peyvəndi vurulub. 
591 012 nəfərə peyvəndin birinci, 356 935 şəxsə  peyvəndin ikinci dozası vurulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri