Apr
2021
18:09
143
83
1413
Virtual karabakh

Gəncədə təhsil işçilərinin vaksinasiyası davam edir - FOTO

7 Apr, 2021
18:09
1413

Gəncədə təhsil işçilərinin vaksinasiyası davam edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində son iki gün ərzində 500-dən artıq təhsil işçisi vaksinasiya olunub.

Yeni qaydalara əsasən təhsil işçilərinin peyvənd olunmasında yaş məhdudiyyəti yoxdur. Yaşı 18-dən yuxarı olan və təhsil sahəsində çalışan hər kəs peyvənd oluna bilər.

Proses yeni başlasa da uğurla həyata keçirilməkdədir. İstər pedaqoqlar olsun, istərsə də digər işçi heyyətləri könüllü olaraq vaksin olunmaq üçün tibb məntəqələrinə gəlir. 

Rəsmi məlumata əsasən hazırda Gəncə şəhərində 3500-dən artıq pedaqoq çalışır. Bu siyahıya texniki işçi sayını və məktəbəqədər müəssisələrdə işləyən tərbiyəçiləri də daxil etsək təxminən beş min nəfərin peyvənd olunacağı gözləniləndir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri