Apr
2021
12:24
14
362
6754
Virtual karabakh

Bakıda azyaşlı bacılara iki il əvvəl təcavüz ediblər: Anaları polisə indi müraciət edib

8 Apr, 2021
12:24
6754

Bakıda azyaşlı bacılara iki il əvvəl təcavüz ediblər: Anaları polisə indi müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki azyaşlı bacının iki il öncə zorlandığı məlum olub.

“Report”un məlumatına görə, 2019-cu ildə Xəzər rayonunda baş verən hadisənin üstü 2021-ci ildə açılıb.

Məlumata görə, 2019-cu ilin iyun ayında 45 yaşlı Ş.Quliyev və 29 yaşlı R.Məmmədov 2006 və 2007-ci il təvəllüdlü iki bacını zorlayıb.

Qızların anası hadisədən iki il ötəndən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Fakt araşdırılıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Xəzər rayon sakinləri olan Ş.Quliyev və R.Məmmədov tutulub.

Qeyd edək ki, zorlanan yeniyetmələrin valideynləri bir neçə il əvvəl boşanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri