10 
Apr
2021
13:20
205
65
1963
Virtual karabakh

Sumqayıtda üç koronavirus xəstəsinə cinayət işi açılıb - FOTO/VİDEO

10 Apr, 2021
13:20
1963

Sumqayıtda üç koronavirus xəstəsinə cinayət işi açılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 9-da şəhər ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Həmin şəxslərdən 3-cü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər üç nəfər barəsində isə istintaq araşdrımaları davam etdirilir.

Qeyd edək ki, özünütəcrid qaydalarını pozan şəxslər barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri