12 
Apr
2021
12:30
34
80
1726
Virtual karabakh

Cəlilabadda narkotacirdən avtomat aşkarlandı - FOTO

12 Apr, 2021
12:30
1726

Cəlilabadda narkotacirdən avtomat aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən külli miqdarda narkotik vasitə və odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Elnur Lətifov saxlanılıb. 

Üzərinə keçirilən baxış zamanı ondan bir ədəd bükümdə 30 qramdan artıq narkotik vasitə olan heroin aşkarlanıb. Aparılan təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə E.Lətifovun həmin narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş, Göytəpə şəhər sakini Emil Mustafayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı beş qramdan artıq heroin aşkarlanaraq götürülüb. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Mustafayevin yaşadığı evə keçirilən baxış zamanı oradan bir kiloqram narkotik vasitə heroin və “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 17 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri