12 
Apr
2021
13:54
150
24
1241
Virtual karabakh

Salyanda qayınatasının yasına gedən aktiv koronavirus xəstəsi saxlanılıb - VİDEO

12 Apr, 2021
13:54
1241

Salyanda qayınatasının yasına gedən aktiv koronavirus xəstəsi saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi aktiv koronavirus xəstələrinin özünütəcrid qaydalarına əməl etməməsi hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxs buna məhəl qoymayıb.

Ə.Ağayev rayon ərazisində qayınatasının yasına gedərək sanitar-karantin qaydalarını pozub. Həmin şəxs Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb. Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan dörd nəfər barəsində də inzibati protokol tərtib edilib.

Onlar 200 manat məbləğində cərimələniblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri