12 
Apr
2021
19:42
70
303
1319
Virtual karabakh

Həkim Murad Məmmədli: “Vaksinasiya faydalı işdir və ona can atmaq lazımdır”

Azərbaycan koronavirusun üçüncü dalğasını yaşayır. Bəzi günlərdə yoluxma sayı 2000 nəfəri ötür. Vaksinasiya prosesinə baxmayaraq, hələ də pandemiyanı nə vaxt məğlub edəcəyimiz barədə dəqiq fikir yürüdə bilmirik.

Caliber.Az bu barədə daha ətraflı pandemiya xəstəxanasının həkimi Murad Məmmədli ilə danışıb.

Həkim bildirib ki, COVID-19-a qarşı anticismlər öz təsirini bir neçə ay ərzində qoruyur. Bu isə o deməkdir ki, peyvəndlənmə mövsümi ola bilər.

“Hərçənd bunu dəqiqliklə demək hələ tezdir. Hazırda bütün dünya üzrə elm adamları bu mövzuda araşdırmalar aparırlar. Bəzi tədqiqatçılar peyvəndin orqanizmi altı aydan bir ilədək, bəzi hallarda bir neçə ilədək də qoruya biləcəyinə inanırlar. Ancaq vaksinasiya mütləqdir. Pandemiyanı məğlub etməyin yeganə yolu budur. Bəli, peyvəndin 100% zəmanət vermədiyi ilə razıyam, ancaq ən azından xəstəliyi çox yumşaq bir formada keçirməyinizə imkan verəcək.

Bir çoxları səhvən peyvənd olunduqdan dərhal sonra xəstələndiklərini düşünür. Əslində isə nəzərə almaq lazımdır ki, peyvənd bir neçə həftə aralığında tətbiq olunan iki dozadan ibarətdir. COVID-19 vaksinindən sonra immunitet, maksimum 56 gündən sonra yaranır. Bu iki aya yaxın bir müddətdə isə hər bir kəs infeksiyaya yoluxmamaq üçün özünü qorumalıdır. Buna görə də, insanlar vaksinasiyanın zərərli deyil, faydalı iş olduğunu anlamalı, bunun üçün çalışmalı, boyun qaçırmamalıdır”, - deyə M.Məmmədli qeyd edib.

O, peyvənd olunanlara əlavə güzəştlərin verilməsi məsələsinə də toxunub. Həkim bu məsələyə yanaşmada hər iki mövqeni müdafiə edənlərin haqlı olduğunu bildirib.  

“Belə söz-söhbətlər var. Mən də bir tərəfdən düşünürəm ki, peyvənd olunanlara hər hansı bir üstünlüklərin verilməsi ədalətli deyil. Lakin digər tərəfdən, bu, hələ vaksinasiyadan keçməyən vətəndaşlar üçün əlavə bir təşviq üsulu ola bilər. Prinsipcə, peyvənd olunanlar asanlıqla ölkəni gəzə bilər, xaricə səyahət edə bilər. Çünki onlar virus daşıyıcısı deyillər və bu səbəbdən də onların mövcudluğu digər vətəndaşlar üçün yoluxma riskini daşımır”, - deyə həkim vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri