12 
Apr
2021
23:15
451
20
3419
Virtual karabakh

Neftçalada Vətən Müharibəsi şəhidinin büstünün açılışı olub - FOTO

12 Apr, 2021
23:15
3419

Neftçalada Vətən Müharibəsi şəhidinin büstünün açılışı olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala rayonunda Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun büstünün açılışı olub.

“Report” xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, habelə karantin qaydaları ilə əlaqədar olaraq rayonun rəhbərliyi də daxil olmaqla, məhdud sayda şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edənlər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılov kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışıblar.

Qeyd edək ki, şəhid Camal İsmayılov 1984-cü ildə Neftçala rayonunda anadan olub. O, Vətən Müharibəsində şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri