13 
Apr
2021
18:54
549
138
4320
Virtual karabakh

Zahid Məmmədov: “Şadlıq evləri yaxşı mədəniyyət sarayı, kitabxana ola bilər”

13 Apr, 2021
18:54
4320

Zahid Məmmədov: “Şadlıq evləri yaxşı mədəniyyət sarayı, kitabxana ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünyanın heç bir yerində toy məclisi ailənin xoşbəxtliyinin təminatçısı deyil. Biz əvvəlcə düşüncələrimizi dəyişməliyik”.

Bu sözləri İqtisadi elmlər doktoru Zahid Məmmədov AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, dünya ölkələrinin statistikasına baxsaq, toy mərasimlərinin keçirilməsi məsələsində çox dəyişikliklər var:

“Ailə xoşbəxtliyinin açarı toy ziyafətini həyata keçirməkdə deyil. Dünya ölkələrində fərdi qaydada toyların keçirilməsi geniş şəkildə yayılıb. Ailə üzvləri, hər iki tərəfin nənəsi, babası iştirak edir, bir-birini təbrik edir. Bununla da gələcək ailənin xoşbəxt təməli qoyulur”.

Z.Məmmədov toy iqtisadiyyatının Azərbaycanda çox geniş şəkildə yayıldığını da vurğulayıb:

“Bu sektor ölkəmizdə güclü inkişaf edib, hər kəs bu sahədən danışır. Amma bu sektorun fəaliyyətinə yönəlik tədqiqat işi yoxdur. Bu çox qəribədir. Mən bu sektor barədə yazı yazdım və Fransaya dəvət olundum. Bu toy iqtisadiyyatının 100-ə yaxın ayrı-ayrı altsektora – modadan, musiqidən, taksidən, kulinariyaya qədər və s. müxtəlif sektorlarla bağlantısı var. Bu, bütün sahələrə təsir edən amillərdir. Bu sektorda olan itki və gəlirlərlə bağlı ciddi tədqiqat işləri olmalıdır və buna qarşı hansı tədbirlərin görülməsi araşdırılmalıdır. Qadağalarla heç nəyi həll etmək olmaz. Maarifləndirmə işləri aparılmalıdır”.

“Kimsə xoşbəxt olmaq üçün limuzin sifariş verib, yol boyu fotosessiya etməlidir? Yoxsa israfçılığa gedib gecə saat 11-də mütləq plov yeməlidir? Bu düşüncələr birmənalı dəyişdirilməlidir. Toyları idarə edən şəxslər də artıq əvvəlki üslubu qorumur. O vaxt toy məclislərini ağsaqqallar idarə edərdi və gənclərə zəruri tövsiyələr verərdi. İndi isə belə deyil. Türkiyədə müşahidə edirəm, insanlar öz mədəni səviyyələrini yüksəltmək üçün mədəniyyət evlərinə, teatrlara, kitabxanalara gedir. Bizim də bu şadlıq evləri yaxşı mədəniyyət sarayı, kitabxana ola bilər və daha faydalı xidmətlər verə bilər. Düşüncələr dəyişməlidir”, - deyə iqtisad elmləri doktoru qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri