13 
Apr
2021
21:27
294
27
2466
Virtual karabakh

“Wizz Air” aprelin 18-dən Gürcüstandan uçuşları bərpa edəcək

13 Apr, 2021
21:27
2466

“Wizz Air” aprelin 18-dən Gürcüstandan uçuşları bərpa edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkəti aprelin 18-dən etibarən Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşları bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Məlumata əsasən, aviaşirkət Varşava və Vilnüsə reyslər yerinə yetirəcək. Uçuşlar hələlik həftədə bir dəfə həyata keçiriləcək və epidemioloji vəziyyətdən asılı olaraq tezliyin artırılacağı planlaşdırılıb.

“Wizz Air” may ayından etibarən Riqa və Dortmund şəhərlərinə müntəzəm reyslər yerinə yetirəcək. İyundan isə daha 13 istiqamət üzrə birbaşa uçuşlar təyin ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri