14 
Apr
2021
14:54
18
95
2855
Virtual karabakh

Yulğun kollarının məhv edilməsi ilə bağlı AÇIQLAMA

14 Apr, 2021
14:54
2855

Yulğun kollarının məhv edilməsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi saytlarda Bərdə rayonunda yulğun kollarının məhv edilməsi ilə bağlı məlumat yayılıb.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Kür çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, ada adlanan ərazidə yulğun kollarının məhv edilməsi ilə bağlı xidmətə daxil olan şikayət araşdırılıb:

“Araşdırma zamanı sözügedən torpaq sahəsinin Bərdə rayon sakini Sahil Qədirliyə icarəyə verildiyi və ərazidə şum işlərinin aparılması nəticəsində yulğun kollarının kökündən çıxarılaraq məhv edildiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Ağcabədi rayon Prokurorluğuna göndərilib”.

Xidmət rəsmisi onu da qeyd edib ki, yulğun kolları Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil deyil.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri