15 
Apr
2021
16:24
59
282
16445
Virtual karabakh

Rəmişin mirası kimə qaldı? - VİDEO

15 Apr, 2021
16:24
16445

Rəmişin mirası kimə qaldı? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun mirası açıqlanıb.

Lent.az-ın canlı yayımında qonaq olan gitara ifaçının həyat yoldaşı Gülü (Gülşən Hüseynova) bildirib ki, sənətkar bütün mülkünü illər öncə ona hədiyyə edib:

“Rəmişin ilk həyat yoldaşından iki qızı var. Onunla 1974-cü ildə boşandı. Bu da onların ailə söhbətidir, heç kim qarışa bilməz. O evlilikdən 4 il sonra 1978-ci ildə mənimlə rəsmi ailə qurdu. Bizim nikah şəhadətnaməmiz və dini kəbinimiz də var. Mən Rəmişin halal ikinci həyat yoldaşıyam. Rəmişin hər şeyi mənim adımadır. O, neçə il öncə hər şeyi mənə hədiyyə etdi. Maşını, evi və hər şeyi mənim adıma keçirdi. Onun mirasına heç kim iddia edə bilməz. Ona evi də mənimlə evli olan müddətdə - 2009-cu ildə möhtərəm Prezidentimiz hədiyyə edib. Rəmiş də evi mənə hədiyyə etdi. Hədiyyə də heç bir zaman bölünə bilməz, bölünmür də. Bizdə hər şey qanun çərçivəsindədir. Qanundan kənar iş görmürük. Hər şey hüquqi müstəvidə həll olunub. Qanuni yolla mənimdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri