16 
Apr
2021
11:30
38
212
5162
Virtual karabakh

Karantin nə zaman sərtləşdiriləcək? - VİDEO

16 Apr, 2021
11:30
5162

Karantin nə zaman sərtləşdiriləcək? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün karantin qaydalarının normal icra olunması və yüksək səviyyədə aparılan peyvənd proqramı ümid yaradır ki, biz epidemioloji vəziyyəti nəzarətdə saxlayaraq, xüsusi sərtləşməyə və ya qapanmalara getməyəcəyik”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında deputat Soltan Məmmədov deyib. O bildirib ki, xəstəxanalardakı çarpayı ehtiyatı da qapanmalara gedilməməsinə şərait yaradır:

“Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, reanimasiyalarda çarpayı fondunun 60-70 faizi dolarsa, müəyyən tədbirlər görülməlidir. Bizdə isə həm stasionar, həm də reanimasiyalarımızdakı çarpayı fondunda kifayət qədər yer var. Azərbaycanda epidemioloji vəziyyət digər ölkələrlə müqayisədə nəzarət altındadır. Hesab edirəm ki, bu, bizi ciddi qapanmalara getməyə vadar etməyəcək. Buna baxmayaraq narahat olmağa hər zaman əsas var.

Reanimasiyaya ehtiyacı olan xəstələrin sayı artdığı halda müəyyən sərtləşmə qaydalarına getmək məcburi olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri