16 
Apr
2021
11:28
19
206
6605
Virtual karabakh

Xalq artistinin dəfn olunacağı yer bəlli oldu - RƏSMİ

16 Apr, 2021
11:28
6605

Xalq artistinin dəfn olunacağı yer bəlli oldu - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti Eldar Quliyev ailəsinin istəyinə uyğun olaraq həyat yoldaşının yanında dəfn ediləcək. 

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Eldar Quliyevin dəfn yeri ailəsi tərəfindən (özünün vəsiyyəti ilə) mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığı müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycanın görkəmli kino xadimi, Xalq artisti Eldar Tofiq oğlu Quliyevin vəfatından kədərləndiyini bildirir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri