16 
Apr
2021
15:30
7
139
3792
Virtual karabakh

Həkimdən xəbərdarlıq: “Uşaqlarda səpkilər və göz qızartıları varsa...” - VİDEO

16 Apr, 2021
15:30
3792

Həkimdən xəbərdarlıq: “Uşaqlarda səpkilər və göz qızartıları varsa...” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusa yoluxan uşaqlarda 4-6 həftə sonra MİS-C sindromu yarana bilər”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aytən Ziyadova deyib.

“Uşaqlar koronavirusu daha çox yüngül simptomlarla keçirir, bəzi hallarda isə ağırlaşmalar müşahidə olunur. 14 gün müddətində koronavirusu simptomsuz və ya yüngül simptomlarla keçirən uşaqlarda ola bilər ki, 4-6 həftə sonra MİS-C sindromu yaransın. Bu zaman ürək, ağciyər, böyrək və digər orqanların iltihabı müşahidə olunur. Eyni zamanda beyin qişalarının da iltihabına rast gəlinir. Bu sindromu əvvəllər kavasaki sindromu ilə də qarışdırırdılar”, - deyə o bildirib.

Həkim onu da qeyd edib ki, uşaqlarda müşahidə edilən bəzi kliniki əlamətlərlə onların koronavirus olub-olmamasını müəyyənləşdirmək mümkündür:

“Valideynlər hərarət, burun axıntısı, qripəbənzər əlamətlər olan zaman bəzən düşünürlər ki, bu, qripdir. Əgər uşaqlarda səpkilər, qusma, başağrısı, halsızlıq, düşməyən hərarət, əzələlərdə ağrılar, gözlərdə qızarıqlıq, yuxululuq və ya yuxusuzluq halları varsa, mütləq həkimə müraciət etməlidirlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri