16 
Apr
2021
16:48
14
134
1315
Virtual karabakh

İnsan alveri qurbanları və məcburi əməyə cəlb edilənlərin sayı açıqlanıb - RƏSMİ

16 Apr, 2021
16:48
1315

İnsan alveri qurbanları və məcburi əməyə cəlb edilənlərin sayı açıqlanıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə hesabatı Milli Məclisə daxil olub.

Bu barədə Oxu.Az-a parlamentdən məlumat verilib.

Hesabat aprelin 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Hesabatda bildirilir ki, ötən il 94 nəfər insan alverinin qurbanı olub.

Onlardan 89-u qadın, 3-ü kişi, 2 nəfəri isə uşaqdır. Qurbanlardan 93 nəfər Azərbaycan, bir nəfər isə Rusiya vətəndaşıdır.

Hesabata əsasən, qurbanlardan 81-i istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb.

Sənəddə ölkədə məcburi əməyə cəlb edilməklə bağlı da faktlar açıqlanıb. Bildirilib ki, doqquz nəfər ölkə daxilində məcburi əməyə cəlb olunub.

Qeyd edək ki, hesabatı Milli Məclisin iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun təqdim edəcəyi gözlənilir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri