16 
Apr
2021
23:30
60
193
6121
Virtual karabakh

Bakıda keçmiş futbolçunun xanımı olan modelin anasını döyüblər – FOTO

16 Apr, 2021
23:30
6121

Bakıda keçmiş futbolçunun xanımı olan modelin anasını döyüblər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yaşayan gürcü model, AZAL futbol klubunun (hazırda fəaliyyət göstərmir) sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb.

Bu barədə o, öz “Facebook” hesabında paylaşım edib.

İ.Kvirtiya bildirib ki, aprelin 8-dən 9-na keçən gecə naməlum kişi onun anasının mənzilindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olub və 5-6 saat ərzində valideynini bıçaqla hədələyib:

“Anamın bədəninə zərər yetirib, boğub, döyüb, boğazına bıçaq dirəyib və iplə boğmaqla hədələyib. Təsadüfən, həmin gün dörd yaşlı qızım Qabriel bizim yanımızda olub. Adətən həftənin həmin günləri nənəsi ilə qalır. Anam həmin gün tək olub.

Hücum edən şəxs rus dilində danışmayıb. Anam dili zəif bildiyinə, üstəlik stress vəziyyətində olduğuna görə, onun Azərbaycan dilində dediklərinin hamısını anlamayıb. Saat 9-dək mənzildə qalan şəxs anamın polisə müraciət etməyəcəyi ilə bağlı razılığını aldıqdan sonra ön qapıdan çıxıb”.

Modelin sözlərinə görə, anası hadisədən sonra 102-yə zəng vuraraq məlumat verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara şikayət yazılıb. 

O bildirib ki, anasına hücum edən şəxs əvvəllər də mənzildən oğurluğa görə ittiham olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri