18 
Apr
2021
11:25
27
774
6657
Virtual karabakh

Ağdamda qoyun otaran şəxs minaya düşüb, sol ayağı amputasiya edilib - YENİLƏNİB + FOTO

18 Apr, 2021
11:25
6657

Ağdamda qoyun otaran şəxs minaya düşüb, sol ayağı amputasiya edilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşməsi barədə xəbər vermişdik.

APA minaya düşən şəxsin fotolarını təqdim edir:

10:12

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib. 

A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.  DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər:

“Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri