18 
Apr
2021
12:12
162
8
5827
yuxarı
Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI
18 Apr, 2021
12:12
5827
162
8
Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI
Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Aprelin 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20, bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.
Aprelin 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
28 
Apr
2024
21:00
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
195
10
2054
28 
Apr
2024
19:07
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - YENİLƏNİB
13
100
1304