19 
Apr
2021
14:21
28
655
8220
Virtual karabakh

Abel Məhərrəmov oğlunun geri çağırılmasından DANIŞDI: “Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz”

19 Apr, 2021
14:21
8220

Abel Məhərrəmov oğlunun geri çağırılmasından DANIŞDI: “Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov oğlu Anar Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmasından danışıb. 

Abel Məhərrəmov Demokrat.az-a açıqlamasında deyib ki, oğlu ilə bağlı qərar normal qarşılanmalıdır:

“Oğlumun geri çağırılmasına normal baxıram. Çünki səfirlərlə bağlı belə qayda var ki, mütləq 5 ildən bir dəyişilirlər. Cənab Prezidentin verdiyi istənilən qərar bizi qane edir. Bu məsələ cənab Prezidentin tam səlahiyyətində olan məsələdir. Allah onu qorusun, nə məsləhət bilər, biz də ona hazırıq”. 

Sabiq rektor oğlunun peşəkar diplomat olduğunu və 6 xarici dilə yiyələndiyini bildirib:

“Oğlum 20 ildir ki, diplomatiya sahəsində çalışır, Avropada təhsil alıb, ingilis, rus, fransız, ispan, portuqal və türk dillərini bilir. Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz, ya iş verərlər, ya da Allahın köməyi ilə bir yerə təyin olunar. İkisi də bizi qane edir”.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri