20 
Apr
2021
13:06
7
145
1037
Virtual karabakh

Azər Maqsudov: “Dəm qazından səkkiz nəfər zəhərlənib”

20 Apr, 2021
13:06
1037

Azər Maqsudov: “Dəm qazından səkkiz nəfər zəhərlənib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aprel ayının son 10 günü ərzində dəm qazından zəhərlənmə ilə bağlı müraciət edən səkkiz nəfər xəstəxanaya qəbul olunub”.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb:

“Bundan başqa Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 11 nəfər qəbul edilib ki, onlardan dördü azyaşlı olub. Sirkə turşusu ilə zəhərlənən iki nəfər ağır vəziyyətdə müraciət edib. Hazırda onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir”.

Həkim onu da əlavə edib ki, mövsümlə əlaqədar ilan sancması ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə bir nəfər qəbul edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri