22 
Apr
2021
11:06
23
182
6093
Virtual karabakh

Azərbaycanlı akademik vəfat etdi - FOTO

22 Apr, 2021
11:06
6093

Azərbaycanlı akademik vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı akademik 74 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan elminə töhfə verən fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Hətəm Quliyev aprelin 21-də uzun sürən xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, H.Quliyev 1947-ci il yanvarın 6-da Füzuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib.

H.Quliyev 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.

O, 1969-cu ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, müxtəlif illərdə bir sıra vəzifələrdə çalışıb. 

Alimin rəh­bər­liyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin və bir sıra respublika təşkilatlarının sifarişi ilə mühüm elmi-texniki layi­­hələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələgəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi və bir sıra digər istiqamətlər üzrə mühüm işlər daxildir.

Akademik H.Quliyevin elmi fəaliyyəti və onun elmin inkişafına xidmət edən töhfələri yüksək qiymətləndirilərək keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala (1988), AMEA Rəyasət Heyətinin Fəxri fərmanına (2007), Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına (2018) layiq görülüb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri