22 
Apr
2021
11:42
161
12
2138
Virtual karabakh

Azərbaycanda su sızmalarının qarşısının alınması ilə bağlı YENİLİK

22 Apr, 2021
11:42
2138

Azərbaycanda su sızmalarının qarşısının alınması ilə bağlı YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai yerlərdə su sızıntılarının xəbər verilməsi üzrə mobil proqram təminatı olan “Hydro Heroes” (Hidro Qəhrəmanlar) tətbiqinin təqdimatı keçirilib.

Oxu.Az-ın məlumatına görə, IDEA İctimai Birliyi və BMTİP-QEF Kür II Layihəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış mobil tətbiqin ictimaiyyətə təqdimatı bütün dünyada qeyd edilən Yer Gününə təsadüf edib.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildirib ki, ictimaiyyətin su itkisinə qarşı fəaliyyətə cəlb edilməsinə yönəlmiş mobil tətbiqin yaradılması təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən 2018-ci ildə 5 iyun - Ümumdünya Ətraf Mühit Günündə keçirilən Gənclər Forumu zamanı irəli sürülüb:

“Daha sonra, IDEA ilə BMTİP-QEF Kür II Layihəsi bu cür mobil tətbiqin birgə yaradılması qərarına gəlib.

Məlum olduğu kimi, əksər ölkələrdə su təchizatı sistemlərində olan itkilər 20-70 faiz arasındadır.

Yəni, su paylama şəbəkələrində yaranan qəza və nasazlıqlar səbəbindən küçələrə və ictimai yerlərə sızan təmizlənmiş, içməli suyun böyük hissəsi istifadəçilərə çatmamış itirilir. Bu isə suyun təmizlənməsinə sərf olunmuş vəsaitin itirilməsi və ictimai infrastruktura zərər vurulması ilə yanaşı, qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən getdikcə məhdudlaşan şirin su resurslarının daha da azalması deməkdir.

Suyun qənaətinə yönəlmiş “Hydro Heroes” tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Sözügedən tətbiq su şəbəkəsində sızmaların aradan qaldırılma müddətini və su itkisini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək”.

BMT İnkişaf Proqramının QEF Kür II Layihəsinin Regional kommunikasiyalar üzrə meneceri Sona Quliyeva isə bildirib ki, tətbiqə su və suya qənaət ilə bağlı əyləncəli və maarifləndirici xüsusiyyətlər, o cümlədən su ilə bağlı test və oyun, Kür hövzəsinin Azərbaycandakı bir sıra sularının 360 dərəcə videoları, AR (Augmented Reality) funksiyası, su sərfiyyatı kalkulyatoru və s. daxildir.

Tətbiq həm Android, həm də IOS platformalarında işləyəcək:

“Hydro Heroes” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “AzInTelecom” MMC-nin dəstəyi ilə hazırlanıb.

Layihənin tərəfdaşları smartfon istifadəçisi olan bütün vətəndaşlarımızı “Hydro Heroes” tətbiqini  yükləməyə, su itkilərinin aradan qaldırılması səylərinə öz vacib töhfələrini verməyə çağırır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri