22 
Apr
2021
14:09
29
89
2164
yuxarı
İqtisadiyyat Nazirliyi “Telegram”da
22 Apr, 2021
14:09
2164
29
89
İqtisadiyyat Nazirliyi “Telegram”da
Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi bu istiqamətdə daha bir addım ataraq “Telegram” kanalı yaradıb.
Oxu.Az-a verilən məlumata əsasən, “Azərbaycan iqtisadiyyatı” adlı kanalda İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar paylaşılır, eləcə də region və dünya iqtisadiyyatında baş verən yeniliklər işıqlandırılır.
Kanalda, həmçinin infoqrafika və videomateriallar yerləşdirilir. “Telegram” kanalının rus və ingilis dillərində versiyalarının açılması da nəzərdə tutulur.
@economy_az kanalına abunə olmaq üçün “Telegram” tətbiqini yükləmək lazımdır.