27 
Apr
2021
12:16
235
440
14713
Virtual karabakh

Bakıda idman zalında saxlanılanlardan biri deputatın oğlu imiş - YENİLƏNİB + FOTO/VİDEO

27 Apr, 2021
12:16
14713

Bakıda idman zalında saxlanılanlardan biri deputatın oğlu imiş - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdman zalında saxlanılan şəxslərdən biri də deputat Malik Həsənovun oğlu İsmayıl Həsənov imiş.

Bu barədə Unikal.org məlumat yayıb. 

11:03

Bakıda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkar edilib, orada olan 56 nəfər cərimə olunub. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir.

Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib. Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri