May
2021
11:04
135
226
3661
Virtual karabakh

Azad edilmiş ərazilərə icazəsiz keçmək istədi: Polis əməkdaşını vurdu

1 May, 2021
11:04
3661

Azad edilmiş ərazilərə icazəsiz keçmək istədi: Polis əməkdaşını vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi QAZ-31 markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri