25 
Okt
2014
12:58
101
34
5310
Virtual karabakh

Azərbaycana qar yağacaq

25 Okt, 2014
12:58
5310

Azərbaycana qar yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güclü şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında oktyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.

Havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.  Nisbi  rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri