May
2021
17:06
637
10
8446
Virtual karabakh

Milli Qəhrəmanın adını daşıyan park istifadəyə verildi - FOTOLAR

Bakıda Xətai rayonunda Milli Qəhrəman İnqilab İsmayılovun yaşadığı binanın qarşısında onun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Oxu.Az-ın məlumatına əsasən, park, ilk növbədə, rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.

Parkda aparılan yenidənqurma işləri çərçivəsində İnqilab İsmayılovun xatirə lövhəsi yenilənib.

Sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0,6 ha sahədə və ətraf ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, mövcud ağaclar budanıb, qazon örtüyü, səki daşları döşənib.

Milli Qəhrəman İnqilab İsmayılov 1962-ci ilin 24 fevralında Xocalı şəhərində anadan olub.

Xocalı soyqırımı zamanı İnqilab İsmayılov gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirib və döyüşçü yoldaşları ilə birlikdə sağ qalmış əhalinin bir hissəsini düşmən mühasirəsindən çıxarıb. 

İnqilab İsmayılov 1992-ci ilin 12 iyununda Ağdam rayonunda döyüşlər zamanı şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri