May
2021
17:48
55
552
6252
Virtual karabakh

TƏBİB-dən əhaliyə növbəti xəbərdarlıq: Karantin davam edir, qapanmalar ola bilər - VİDEO

“Məhdudiyyətlər hökumətin verdiyi qərarlardan asılıdır və epidemioloji vəziyyətlə əlaqədar dəyişdirilə bilər. Lokal bağlanmalar, həftəsonu izolyasiya tədbirləri ola bilər”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.

Ramazanla bağlı xüsusi dəyişiklik olmadığını vurğulayan F.Sədirov bayramda da karantin qaydalarına daim əməl edilməsinin lazım olduğunu qeyd edib:

“Ramazan bayramında da karantin davam edir. Şəxsi gigiyena, sosial məsafə kimi qaydalara riayət etməliyik. Bunlara mütləq şəkildə hər yerdə əməl edilməlidir”, - deyə o bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri