10 
May
2021
18:03
446
34
2059
Virtual karabakh

Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satanlar cərimələnib

10 May, 2021
18:03
2059

Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satanlar cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində üç mağazada satıcının yetkinlik yaşına çatmayan şəxsə tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri