10 
May
2021
15:38
349
12
3744
Virtual karabakh

Azərbaycan ordusunda andiçmə mərasimi keçirilib - FOTO/VİDEO

10 May, 2021
15:38
3744

Azərbaycan ordusunda andiçmə mərasimi keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, mayın 10-da Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri