10 
May
2021
16:38
43
285
11352
Virtual karabakh

Azərbaycanda son sutka ərzində 18 nəfər koronavirusdan ölüb - FOTO

10 May, 2021
16:38
11352

Azərbaycanda son sutka ərzində 18 nəfər koronavirusdan ölüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 15 378 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 946, bu günə qədər isə ümumilikdə 3 337 931 test icra olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri