10 
May
2021
23:02
21
323
5053
Virtual karabakh

Bakıda zəncirvari qəza: Yeddi avtomobil bir-birinə çırpıldı, xəsarət alan var – FOTO

10 May, 2021
23:02
5053

Bakıda zəncirvari qəza: Yeddi avtomobil bir-birinə çırpıldı, xəsarət alan var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada yeddi avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış iki “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan bir nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri