11 
May
2021
18:30
261
78
6444
Virtual karabakh

Göyçayda bacısı qızını öldürən şəxs həbs edildi

11 May, 2021
18:30
6444

Göyçayda bacısı qızını öldürən şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Repor”a Göyçay Rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilmişdir ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürmüşdür.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri