17 
May
2021
13:45
65
218
2821
Virtual karabakh

Sabahdan Azərbaycanda “Sputnik V” vaksininin vurulmasına başlanılır

17 May, 2021
13:45
2821

Sabahdan Azərbaycanda “Sputnik V” vaksininin vurulmasına başlanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Azərbaycan vətəndaşları Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, “Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri