18 
May
2021
12:24
11
216
3521
Virtual karabakh

Bakı-Xırdalan-Sumqayıt qatarında sərnişin sıxlığı məsələsinə RƏSMİ CAVAB

18 May, 2021
12:24
3521

Bakı-Xırdalan-Sumqayıt qatarında sərnişin sıxlığı məsələsinə RƏSMİ CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Dəmir Yolları” QSC-nin “Stadler” şirkətinə məxsus doqquz sərnişindaşıma qatarı var. Bu qatarlar həm regionlara, həm də Abşeron dairəsi üzrə hərəkət edir”. 

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəisi Natəvan Bayramova ötən gün Bakı-Xırdalan-Sumqayıt qatarında sərnişin sıxlığı ilə bağlı məsələyə münasibət bildirərkən məlumat verib.

O bildirib ki, qatarların hər biri sərnişinlə dolu gedir:

“Bilirsiniz ki, hazırda Gəncə istiqamətində sərnişin qatarının fəaliyyəti dayanıb, Abşeron dairəsi üzrə isə qatarlar fəaliyyət göstərir. Bu dönəmdə Bakı-Xırdalan-Sumqayıt qatarını işə salandan sonra gördük ki, bu istiqamətdə tələbat gözlədiyimizdən çox oldu.

Buna görə də Gəncə istiqamətinə buraxılan qatarlardan birini Bakı-Xırdalan-Sumqayıt istiqamətinə verdik. Bu müvəqqətidir, gələcəkdə rayonlara reyslər açıldıqdan sonra bu məsələyə baxılacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri