18 
May
2021
15:12
31
392
7377
Virtual karabakh

“Ağacı qurd öz içindən yedi”: Saxta qazi dəstəsinin oyunları - FOTO/VİDEO

18 May, 2021
15:12
7377

“Ağacı qurd öz içindən yedi”: Saxta qazi dəstəsinin oyunları - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə hər zaman Birinci Qarabağ və Vətən müharibəsində həlak olan şəhid ailələrinə, qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. 
Dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir. 

Amma bəzən Qarabağ qazilərinin adından istifadə edilir. Belə ki, “Qarabağ qazisi”, “Qarabağ veteranı” vəsiqələri hazırlayaraq, özləri üçün istifadə edən şəxslər də var.

Bu saxtakar dəstənin üzvləri Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin böyük oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.

Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.

Bu cür dəstə üzvləri Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinə də üzv olmağa nail olublar. Öz qruplarına daxil olan şəxslərə bu birliyin adından vəsiqə verilir. Onlar da özlərini bu vəsiqələrlə “qazi” kimi təqdim edir, öz işlərini həll edirlər.

Dələduz dəstəyə özünü birliyin sədrin müavini kimi təqdim edən Musayev Sərxan Yaqub oğlu başçılıq edir. Həmçinin, Camalov Rəhman Pəbir oğlu, Şəmilov İlyas Cəbrayıl oğlu, Abbasov Zavur Ağaqulu oğlu bu dəstənin üzvləridir.
Araşdırmalar onu göstərir ki, bu şəxslər birliyin vəsiqələrindən reketçilik üçün istifadə edirlər.

Dəstə üzvləri ötən ilin iyun ayında da Balaxanıda fərqli məkanda peyda olmuşdu və yenə də neft-mədən ərazisində boş torpaq sahəsini zəbt edib tikinti işlərinə start vermişdilər. Həmin vaxt da onlar heç bir qanuni tələbə məhəl qoymayaraq hay-küy salaraq zorakı yollarla tikinti işlərini başa çatdırmışdılar. 

Araşdırma zamanı məlum oldu ki, “Sərxanın dəstəsi” uzun müddətdir ki, “Qarabağ qazisi” adından istifadə edərək sahibkarları hədələməkdən tutmuş boş torpaq sahələrini zəbt etmək, qanunsuz tikinti işləri aparmaq, dövlət məmuruna qarşı güc tətbiq etməyə kimi bir sıra cinayət əməlləri ilə məşğuldur. Onlar istəklərinə nail olmaq üçün “qanun bizik”, “dövlət bizik” deyərək hay-küy salır, güc tətbiq edirlər. Məsələn, bir neçə ay öncə Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Kardeşler” restoranına hücum çəkən quldur dəstənin üzvləri obyektin şüşələrini sındıraraq sahibkardan dərhal buranı boşaltmasını tələb ediblər.

Bəzən nəyisə bölə bilməyən dəstə üzvlərinin öz aralarında da dava düşür. 

Bu gün Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava düşməsi barədə də görüntülər yayılıb.

Dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən döyülüb. 

Qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev və dəstənin digər üzvləri oxuculara Əhmədli metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.

Döyülən şəxs Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.

Hadisə şahidlərinin bildirdiyinə görə M.Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb araların olan pul haqq-hesabı olub. Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib. 

Qeyd etdiyimiz kimi, Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Amma təəssüf ki, bəziləri dövlətimizin, cəmiyyətimizin bu ali ada qoyduğu hörməti heçə endirir və əsl qəhrəmanlara ləkə yazır.   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri