20 
May
2021
12:38
572
7
20527
Virtual karabakh

Şəhidimiz İkinci Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB + FOTO

20 May, 2021
12:38
20527

Şəhidimiz İkinci Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi zamanı şəhid olan və nəşi tapılaraq dünən ailəsinə təhvil verilən hərbçi Təbriz İbrahimov dəfn olunub.

Şəhid hərbçi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

11:37

Vətən müharibəsi zamanı şəhid olan və nəşi tapılaraq dünən ailəsinə təhvil verilən hərbçi Təbriz İbrahimov dəfn olunur.

Şəhid hərbçi İkinci Fəxri xiyabanda torpağa tapşırılır.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları, hərbçilər, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Respublika Hərbi Prokurorluğunun dünən yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri