21 
May
2021
15:54
516
14
2205
Virtual karabakh

22 yaşında şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyevin doğum günüdür - FOTO

21 May, 2021
15:54
2205

22 yaşında şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyevin doğum günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün daha bir Vətən müharibəsi şəhidinin doğum günüdür. 

Oxu.Az xəbər verir ki, şəhid Tarverdiyev Qürbət Rasim oğlu 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. 

Q.Tarverdiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 

22 yaşlı vətənpərvər hərbçimiz Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Xocavənd və Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən Q.Tarverdiyev qorxmaz və mərd döyüşçü olub.

Oktyabrda Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına döyüş tapşırıqlarını yerinə yetirən Q.Tarverdiyev oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Tarverdiyev Qürbət Rasim oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Xatırladaq ki, bu gün həm də Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi şəhidi İsmayılov Emin Tahir oğlunun da doğum günüdür.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri