25 
May
2021
17:36
220
24
2472
Virtual karabakh

Azərbaycanda satılan 24 min manatlıq “Şirvan” xalçası Xaçmaz emalatxanasında toxunub - FOTO

25 May, 2021
17:36
2472

Azərbaycanda satılan 24 min manatlıq “Şirvan” xalçası Xaçmaz emalatxanasında toxunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərxalça” ASC-nin Xaçmaz filialında bu günə kimi istehsal olunan ən bahalı xalçanın qiyməti 24 min manat olub. 

Bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Xaçmaz filialının direktoru Səlima Hacıyeva məlumat verib. 

Onun sözlərinə görə, 2017-ci ilin may ayından fəaliyyətə başlayan Xaçmaz emalatxanasında 4 il ərzində 276 ədəd irili, xırdalı xalça istehsal olunub:

“İlk illərdə 90-a yaxın işçi heyəti çalışıb, hazırda isə 57 işçi fəaliyyət göstərir ki, onlardan 48 toxucudur. Bizim xalçalar işləmələrinə görə, Qarabağ və Təbriz xalçalarından seçilir. Onlar kiçik naxışlarla işlənirsə, burada istehsal olunan xalçalar Quba, Şirvan üslubunda toxunur”.

S. Hacıyeva qeyd edib ki, hazırda müəssisədə 43 dəzgahdan 16-ı fəaliyyətdədir:

“Bundan əlavə, 5 xalçanın toxunması başa çatıb, kəsimə hazırdır. Son dövrlərdə emalatxanada satış həyata keçirilməyib, ancaq daha əvvəl isə xalçaların qiymətləndirilməsi 1 kvadratmetrinə görə, 600, 800, 1000 manat civarında müəyyənləşdirilirdi”.

Könül Cəfərli

FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri