25 
May
2021
17:18
276
35
3530
Virtual karabakh

Dini məkanlarda ibadət necə tənzimlənəcək? - AÇIQLAMA

25 May, 2021
17:18
3530

Dini məkanlarda ibadət necə tənzimlənəcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İbadət evlənin açılması sevindirici haldır. Qafqaz Müsəlmanları İdarəsi də bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edirdi. Şükürlər olsun ki, bu gün ibadət evlərinin açılması barədə qərar verilib”.

Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.

O bildirib ki, ibadət evləri açılan zaman karantin rejimin qaydalarına əmək ediləcək:

“Sosial məsafə saxlamaq, maska taxmaq və digər gigiyenik qaydalara əməl etmək şərtilə ibadət yerləri iyunun 10-dan etibarən fəaliyyətə başlayacaq. Dini icmalar tərəfindən qaydalara riayət olunmasına nəzarət ediləcək”.

“Bu o qədər çətin məsələ deyil. Çünki məsciddə olan icma üzvlərinin sayı imkan verir ki, qaydalara riayət olunması tənzimlənsin”, - deyə QMİ rəsmisi əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri