26 
May
2021
22:10
88
690
10911
Virtual karabakh

“Kontakt Home” qarayaxma kampaniyasına qarşı çıxdı – VİDEO

26 May, 2021
22:10
10911

“Kontakt Home” qarayaxma kampaniyasına qarşı çıxdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər şəhid Şirəli Adilovun ailəsi və qayınanası arasında yaşanan cehiz söhbətlərindan istifadə edən bəzi şəxslər “Kontakt Home” mağazalar şəbəkəsinin nüfuzuna ləkə, fəaliyyətinə kölgə salmaq niyyətindədirlər.

Bildirilib ki, şəhid və qazi ailələrinin adından sui istifadə edərək cəmiyyətdə qərəzli şəkildə yaradılmış çaşqınlığa aydınlıq gətirmək üçün “Kontakt Home” mağazalar şəbəkəsi mətbuat konfransı keçirib. 

“Kontakt Home” mağazalar şəbəkəsinin İctimaiətlə Əlaqələr Şöbəsinin meneceri Vəfa Rüstəmova bildirib ki, fəaliyyətdə olduqları müddət ərzində ilk dəfədir ki belə təcili mətbuat konfransı keçirirlər:

“Bu məsələdə üçüncü şəxs var. O da şəhidimizin atası. Hansı ki onun bizim mağazamıza bir məhsula görə kredit borcu var idi. Müvafiq sənədləri qeyd şərtsiz bizə gətirdi və kredit borcu silindi. Aydın olduğu kimi, şəhidin digər ailə üzvlərinin də müraciətləri müsbət şəkildə həll olunub”, - deyə Vəfa Rüstəmova bildirib. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri