İyn
2021
12:18
67
64
1044
Virtual karabakh

Masallıda çay plantasiyasından oğurluq edənlər tutuldu

1 İyn, 2021
12:18
1044

Masallıda çay plantasiyasından oğurluq edənlər tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Kolatan kəndi ərazisində yerləşən çay plantasiyasının anbarından ümumi dəyəri 1 115 manat olan 1 ədəd ot biçən aparatın, 2 ədəd traktor akkumulyatorunun, 1 ədəd odun kəsən mişarın və digər əşyaların oğurlanması ilə bağlı Masallı RPŞ-yə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakinləri R.Seyfullazadə, E.Eyvazzadə və bir nəfər yeniyetmənin olduğu müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri