İyn
2021
12:00
227
9
2193
Virtual karabakh

Meşədə çətənə bitkisi yetişdirən şəxs tutuldu - FOTO

4 İyn, 2021
12:00
2193

Meşədə çətənə bitkisi yetişdirən şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Turist qəsəbə sakini Rauf Əlimuradov saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı qəsəbə ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı oradan R.Əlimuradov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 142 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik tərkibli bitkiləri cari ilin aprel ayında əkdiyini və aqrotexniki qaydada qulluq edərək becərdiyini etiraf edib. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri