İyn
2021
14:18
436
15
1984
Virtual karabakh

Qarabağda çinar ağacları əkiləcək - VİDEO

8 İyn, 2021
14:18
1984

Qarabağda çinar ağacları əkiləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunan ərazilərdə tarixi Gəncə çinarı əkiləcək.

Artıq bununla bağlı hazırlıqlar gedir, Qarabağda əkiləcək çinar ağaclarının sayı da müəyyənləşib. Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin Gülçülük sahəsində yeni çinar ağacları becərilib və payız mövsümü üçün tam hazır olacaq. İlkin mərhələdə təxminən 10-min ağac əkiləcək.

Əkiləcək ağacların yeri də müəyyən edilir. Söhbət ondan gedir ki, iqlimə uyğun rayonlarda Gəncə çinarının əkilməsi həyata keçiriləcək. Siyahıda Dağlıq Qarabağın ətraf rayonları ilə yanaşı, işğaldan azad edilən Zəngilan, Qubadlı və digər rayonlarda var.

Artıq Ağoğlan rayonunda çinar ağaclarının az hissəsinin əkini aparılıb. Ümumilikdə isə tarixi torpaqlarımızda çinar ağacları ilə yanaşı palıd, şam, akasiya və kiparis ağaclarının da əkilməsi nəzərdə tutulur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri