İyn
2021
19:10
527
17
4769
Virtual karabakh

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb – FOTO/VİDEO

8 İyn, 2021
19:10
4769

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən iyunun 7-də növbəti komanda-qərargah təlimi başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komanda-qərargah təliminə cəlb olunan birləşmə və hissələr düşmənin güclü radioelektron vasitələrinin təsiri altında aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma səviyyəsinə gətirilərək ehtiyyat təyinat rayonlarına çıxarılıb və idarəetmə orqanlarının ərazidə açılması təmin edilib.

Qoşunların gizli və operativ fəaliyyətini təmin etmək üçün mexanikləşdirilmiş, piyada və xüsusi təyinatlı bölmələrin digər qoşun növü bölmələri ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.

Təlim iyunun 12-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri