İyn
2021
10:45
18
260
5378
Virtual karabakh

Dünyaca məşhur fotoqraf Kəlbəcərdə mina təhlükəsi ilə üzləşib? - AÇIQLAMA + VİDEO

9 İyn, 2021
10:45
5378

Dünyaca məşhur fotoqraf Kəlbəcərdə mina təhlükəsi ilə üzləşib? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə məşhur fotoqraf Reza Deqatinin işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşdiyi barədə məlumatlar yayılıb.

R.Deqati Oxu.Az-a açıqlamasında bildirib ki, onlar Kəlbəcər rayonunun Susuzluq kəndinə səfərə gediblər:

“Bizi minaaxtaranlar müşayiət etdilər. Biz iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olduqları yerin yanından keçən zaman minaaxtaran aparat orada mina təhlükəsi olduğu ilə bağlı xəbərdarlıq siqnalı verdi. Daha sonra isə onun mina yox, böyük dəmir parçası olması aşkarlandı”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri