İyn
2021
16:42
152
37
3093
Virtual karabakh

Neft Fondunun vəsaitləri artıb: Buna səbəb olan amillər açıqlanıb - FOTO

9 İyn, 2021
16:42
3093

Neft Fondunun vəsaitləri artıb: Buna səbəb olan amillər açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin sonuna Dövlət Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 241 milyon ABŞ dolları (409,7 milyon manat) və ya 0,56 faizə qədər artaraq 43 milyard 564,3 milyon ABŞ dolları (73 milyard 488,7 milyon manat) təşkil edib.

Oxu.Az-ın məlumatına görə, bu Hesablamalar Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası barədə illik hesabata rəyində öz əksini tapıb.

2020-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 73 milyard 79,3 milyon manat və ya 43 milyard 323,3 milyon dolları təşkil edib. İl ərzində Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 9 milyard 360,8 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (7 milyard 832,9 milyon manat) 119,5 faiz səviyyəsində icra edilib. 2020-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri isə 12 milyard 425,3 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 milyard 439,9 milyon manat) 99,9 faiz səviyyəsində icra olunub.

2020-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 3 milyard 64,5 milyon manat və yaxud 1 milyard 802,4 milyon ABŞ dolları məbləğində defisit yaranıb. Halbuki, 2019-cu il üzrə isə 7 milyard 442 milyon manat və ya 4 milyard 377,7 milyon ABŞ dolları profisit  təşkil edib.

Dövlət Neft Fondunun 2020-ci ilin dürüstləşdirilmiş büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 35 ABŞ dolları nəzərdə tutulduğu halda 2020-ci il ərzində xalis mədaxil qiyməti 38,5 ABŞ dolları təşkil edib.

Beynəlxalq bazarlarda xam neftin qiymətinin dalğalanmasına baxmayaraq Fondun büdcəsində nəzərdə tutulmuş orta illik ixrac qiymətilə müqayisədə yüksək olması, Fondun vəsaitlərinin idarəedilməsindən gəlirlərin çox olması, valyuta məzənnələrinin dəyişməsi və qızılın qiymətinin artması nəticəsində Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.

2020-ci il üzrə Fondun büdcəsində kəsir yaranmasına baxmayaraq, Fondun vəsaitlərinin idarə edilməsindən büdcədə nəzərdə tutulandan 943,3 milyon ABŞ dolları məbləğində əlavə gəlir əldə edilməsi, habelə Fondun investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsi ilə əlaqədar Fondun 2 milyard 43,5 milyon ABŞ dolları məbləğində büdcədənkənar gəlirinin yaranması aktivlərin həcmində artıma səbəb olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri