10 
İyn
2021
00:05
402
63
4470
Virtual karabakh

Bu gündən çimərliklər açılır

10 İyn, 2021
00:05
4470

Bu gündən çimərliklər açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabahdan çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Müvafiq qurumlar əhalini çimərliklərdə olarkən sosial məsafə saxlamağa, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etməyə çağırıb.

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən may ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Qeyd olunub ki, hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri