10 
İyn
2021
21:56
89
324
3114
yuxarı
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu vəfat edib
10 İyn, 2021
21:56
3114
89
324
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu vəfat edib
Bu gün uzun sürən xəstəlikdən sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein 69 yaşında vəfat edib.
Bu barədə Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibliyindən bildirilib.
Qeyd edək ki, arxiyepiskop Aleksandr 13 iyun 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulub. O, Moskva Ruhani Seminariyasını bitirib və 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. Aleksandr İşein 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğuna təyin olunub. 18 iyul 2012-ci ildə isə arxiyepiskop dini dərəcəsinə yüksəlib.
Mərhum 27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək